Yuxarı

NASA: "Sivilizasiya yox olacaq"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

NASA-nın araşdırmalarına görə, 50 il ərzində dünya sivilizasiyası yoxa çıxacaq. Bunun səbəblərini açıqlayan NASA rəsmiləri ilk səbəb kimi dünyada gəlir paylaşımındakı ədalətsizliyi göstərib. Təbii sərvətlərin sürətlə yoxa çıxığını deyən NASA rəsmiləri bunların yenləri ilə əvəzlənmədiyini bildirib.

"Əhalinin sürətlə çoxalması enerji və su mənbələrinin daha çox istehlakına səbəb olur. İqlim dəyişikliyi torpağın məhsuldarlığını azaldır, təbii fəlakətlərin çoxalmasına səbəb olur. Texnikanın inkişafı isə problemin həllindən çox uzaqdır. Təbii sərvətlərin daha çox istehlakına təkan verən texnika bu prosesi sürətləndirir. Bundan başqa mənbələrin əksəriyyəti az sayda olan elitlərin əlindədir. Nəticə olaraq elitlər varlandıqca kasıblar daha da kasıblaşır".

Buna nümunə kimi yox olmuş Roma, Hun və Mezopotamiya mədəniyyətlərini göstərən mütəxəssisilər tarixin axışında hər 500 ildən bir baş verən sosial iqtisadi böhranın ən inkişaf etmiş mədəniyyətləri də yox etdiyini bildirib.

Bundan başqa keçmişdən ibrət almayan insanların tarixi səhvləri təkrarladığı vurğulanıb.

"Sivilizasiya yaratdığı sistemin əbədi olduğunu düşünür və inamlı addımlarla çöküşə doğru irəliləyir".

Nasa rəsmiləri hesab edir ki, cəmiyyətlər təcili olaraq köklü islahatlar həyata keçirməlidir.

"Əgər həyati əhəmiyyəti olan bu problemlər həll olunmasa köhnə mədəniyyətlər kimi müasir sivilizasiya da ağır və qəfil yoxoluşa məruz qalacaq".

Xatırladaq ki, bir neçə gün əvvəl ingilis fizik Stiv Hokinq də oxşar açıqlamalarla çıxış etmişdi.(Anspress)

Tarix
2014.03.22 / 10:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla