Yuxarı

Xəstə əsgərlərə hospitalın həyəti süpürtdürülür – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Hərbi Hospitalının həyətini burda xəstə yatan əsgərlərin özlərinə təmizlədirlər.

Bu barədə "Axar.az"a həmin hərbi hospitalda vaxtilə müalicə aldığını bildirən əsgərlərdən biri məlumat və şəkillər göndərib. Onun sözlərinə görə, bu fotolar 21 mart 2014-cü ildə çəkilib: "Bu hospitala adətən ağır xəstələr gətirirlər. Əsgərlərin əlindəki süpürgələrdən də aydın görünür ki, bayram günü həyəti xəstə əsgərlərin özünə təmizlədiblər. Bu, ilk növbədə əsgərə hörmətsizlikdir, xəstəyə isə zülm etməkdir", - deyə keçmiş əsgər bildirib.

Mənbə həmçinin Naxçıvan Hərbi Hospitalının Naxçıvan Dövlət Universiteti şəhərciyi ilə iç-içə olduğunu da qeyd edir və bu kimi halların tələbələrə mənfi təsir etməsindən narahatlığını dilə gətirir.

Qeyri-iş günləri olduğundan, Naxçıvan Hərbi Hospitalından münasibət öyrənə bilmədik.

Mövzunu diqqətdə saxlamağa çalışacağıq.

Tarix
2014.03.23 / 11:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla