Yuxarı

İlham Əliyev İslam ölkələrinə səsləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatına (İSESCO) üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin "İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri" adlı IV konfransı işə başlayıb.

Konfransda 10 beynəlxalq təşkilat və 51 ölkədən nazir və ekspertlər iştirak edir.

Baş nazirin müavini Əli Əhmədov tədbirdə açılış nitqi ilə çıxış edib və konfrans iştirakçılarına Prezident İlham Əliyevin təbrik məktubunu oxuyub (APA).

Məktubda deyilir: "Ümidvaram ki, Azərbaycanın paytaxtında keçirilən bu konfrans İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına üzv ölkələr arasında qarşılıqlı faydalı münasibətlərin dərinləşməsinə, səmərəli əməkdaşlığın güclənməsinə öz müsbət təsirini göstərəcək və islam dünyasında uşaqlar və urbanizasiya problemlərinin həllinə layiqli töhfəsini verəcək. Qloballaşma dövründə böyük sosial vüsət alan urbanizasiya hər bir ölkədə yaranmış çox saylı problemlərin həllini tələb edir. Azərbaycanda regionların inkişafı ilə əlaqədar reallaşan dövlət proqramlarında şəhərlərin infrastrukturu, ekoloji mühiti və müvafiq sosial təchizatları əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların ehtiyaclarını nəzərə almaqla qurulur. Bu sahədə görülən işlər şübhəsiz ki, gələcəkdə də davam etdiriləcək. Uşaqların sağlamlığı, təhsili ilə bağlı hüquqlarının təmin olunması müasir dövrdə demokratik cəmiyyətin inkişafının əsas prioritetlərindəndir. Azərbaycan Respublikasında aparılan dövlət siyasəti nəticəsində uşaq hüquqlarının bütün sahələrinin, o cümlədən urbanizasiyadan irəli gələn problemlərin həlli üçün əlverişli mühit formalaşdırılmış və bu istiqamətdə konkret proqramlar, layihələr həyata keçirilir".

Azərbaycan prezidentinin təbrik məktubunda daha sonra qeyd olunub ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında islam ölkələrinin tutduğu mövqe və Azərbaycanın ərazi bütövlüyünün qorunmasına dair qəbul edilən müvafiq qərarlar ölkəmizdə yüksək qiymətləndirilir: "Bu münaqişə nəticəsində doğma yurdlarından məhrum olub, qaçqın və məcburi köşkün həyatı yaşamaq məcburiyyətində qalmış bir milyon soydaşımızın əsas hüquqlarının bərpası həm də onların uşaqlarının hüquqlarının təmin olunması deməkdir. Sözsüz ki, bu sahədə birgə səylərimiz son nəticədə öz bəhrəsini verəcək. Dayanıqlı inkişafın strategiyası uşaq hüquqları və urbanizasiya məsələlərinin həlli üçün müxtəlif beynəlxalq qurumların, o cümlədən İSESCO-nun fəaliyyətinin daha da gücləndirilməsini tələb edir. Əminəm ki, konfrans bütün bu məsələlərə diqqət yetirəcək, geniş müzakirələr aparacaq və onların həllinə yönəlmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi yolunda mühüm addımlar atacaq".

Tarix
2013.11.11 / 11:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla