Yuxarı

Vahid Əhmədov kredit faizlərindən şikayətləndi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bankların kreditlərlə bağlı faiz dərəcələrinin hansı səbəbdən yüksək olması bizi çox maraqlandırır və narahat edir".

"Axar.az" xəbər verir ki, bu fikirləri büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentdə növbəti müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib. O qeyd edib ki, bu məsələ parlamentin İqtisadi-siyasət komitəsi, yaxud da plenar iclas səviyyəsində ayrıca müzakirə olunmalıdır:

"Bu gün insanlar evlərini, həyətyanı torpaq sahələrini, digər əmlaklarını banklara girov qoyurlar və yüksək faizlərlə kreditlər götürürlər. Demək olar ki, bu gün banklara borcu olmayan insan yoxdur. Hamını banklardan asılı vəziyyətə salıblar. Yüksək faizlərlə verilən kreditlər vətəndaşların bir çoxunu hətta müflis edib. Biz hər dəfə bu məsələni qaldırırıq, ancaq bir nəticə yoxdur".

Millət vəkili bildirib ki, banklar insanlardan əmanətləri 10-12 faiz qəbul etdiyi halda, kredit faizlərini 20-25, hətta 30 faiz həcmində müəyyənləşdirir: İnsanların taleyinə biganə qalmaq olmaz. Bu məsələyə Mərkəzi Bank rəhbərliyi başda olmaqla bütün banklar aydınlıq gətirməlidir. Bəlkə bankların hansısa narahatçılıqları var, biz bilmirik. Amma bütün hallarda banklar kredit faizlərini aşağı salmalıdırlar. Buna görə bir daha xahiş və təklif edirəm ki, bu məsələ ilə əlaqədar ya komitə səviyyəsində, ya da Milli Məclisin plenar iclası səviyyəsində münasibət bildirilsin, müzakirələr təşkil edilsin".

Tarix
2013.11.13 / 13:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla