Yuxarı

Siyasilərin seks qalmaqallarında yeni ad

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın meri postuna namizəd olan məşhur bloqqer Aleksey Navalnının seçki qərərgahının rəhbəri Leonid Volkovun adı siyasilərin seks-qalmaqalları siyahısına düşüb. "Life News" jurnalistləri Leonid Volkovu Moskvanın məşhur elit striptiz klublarından sayılan "Point Rouge"də istirahət edərkən çəkiblər.

Videoda aydın görsənir ki, striptiz göstərən xanım Volkovun istəklərini yerinə yetirir, rusiyalı siyasətçi isə göstərilən xidmətdən razı qalaraq onu mükafatlandırır. Şübhəsiz ki, bu hadisə Navalnının imicinə xətərsiz ötüşməyəcək.

Ümumiyyətlə, siyasətçilərin başına analoji hadisələr çox gəlib. Onlardan ən səs-küylüsü 2011-ci ildə Beynalxalq Valyuta Fondunun rəhbəri Dominik Stross-Kanın istefası və həbsiylə nəticələnən otel qalmaqalı olub. Stross-Kanın Nyu-Yorkda qaldığı otelin xidmətçisi iddia etmişdi ki, BVF-nin rəhbəri ona təcavüz edib. Stross-Kann isə onunka qarşılıqlı razılaşma əsasında əlaqədə olduğunu bildirmişdi. Müəyyən vaxtdan sonra fransalı rəhbər həbsdən azad olunsa da, bu onun siyasi karyerasının üzərindən birdəfəlik xətt çəkdi. Onu da qeyd edək ki, BVF-nin keçmiş rəhbəri Fransa prezidentliyinə ən iddialı namizəd hesab olunurdu.

Keçən il başqa bir qalmaqal nəticəsində Pentaqon şefi Devid Petrous tutduğu vəzifədən istefa verdi. Buna səbəb Petrousun amerikalı jurnalist Poli Broduellə nikahdan kənar münasibəti oldu. Hər iki tərəfin ailəli olması KİV-də böyük qalmaqala səbəb olmuşdu.

Bu ilin yazında isə Avstraliyada dünya medaiasının gündəmini zəbt edən qalmaqal yaşandı. Parlamentin keçmiş spikeri Piter Slipper koməkçisi Ceyms Eşbi tərəfindən ittiham olundu. Eşbinin iddiasına görə, parlamentin spikeri ona qarşı seksual zorakılıq edib. Elə buna görə də, parlamaent rəhbəri cinayət işinin yekunlaşmasına qədər vəzifəsinin icrasını müvəqqəti olaraq dondurub.

2013-cü ilin iyununda məşhur ingilis siyasətçisi Naycel Evans da eyni səbəbdən həbs olunanlar arasındadı. Polisə Evans haqda iki gənc şikayət edib. Gənclərin polisə verdiyi ifadədə qeyd edilir ki, Evans onlardan birinə cinsi təcavüz, o birinə isə hücum edib.

İndi isə bu cərgəyə Aleksey Navalnının seçki qərargahının rəhbəri Leonid Volkov daxil oldu. Volkov Rusiya siyasətində daha çox qalmaqallı açıqlamaları ilə diqqət çəkib. O, müsahibələrinin birində bir neçə siyasətçi və jurnalisti evinin çilçırağından asmaqla hədələyib. Bundan başqa Navalnıya qarşı təbliğat aparan mətbuat orqanlarını məhv edəcəyini bildirib, onların sırasında məşhur "İzvestiya" qəzetinin adını isə xüsusi vurğuyla çəkmişdi.

Tarix
2013.09.05 / 16:48
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla