Yuxarı

Rihannanın Bakıda bənzəri tapıldı - Foto/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV telekanalının "Onlar" verilişində dünya ulduzu Rihannanın Azərbaycana gəlişi ilə bağlı xəbər hər kəsin təəccübünə səbəb olub.

"Axar.az" "Axşam.az"a istinadla xəbər verir ki, süjetdə məşhur müğənninin gizlicə Bakıya gəldiyi və tədbirlərin birində iştirak etdiyi bildirilib.

Sosial şəbəkələrdə şərhlər yazan tamaşaçılar isə bu xəbəri birmənalı qarşılamayıb. Belə ki, haqqında süjet hazırlanan xanımın Rihanna yox, Sevanna adlı vizajist olduğu müəyyənləşib.

Verilişin aparıcısı Afaq Gəncəli ilk öncə bu xanımın həqiqətən də Rihanna olduğunu zənn etdiklərini deyib:

"Onu müxbirlərimiz tədbirlərin birində görüntüləyib. Rihannaya bənzərliyi əməkdaşlarımızda çaşqınlıq yaradıb. Süjet efirə getdikdən sonra gənc qızın kimliyini araşdırdıq. Rihannaya çox bənzəyən Sevannanın Bakıda vizajist olaraq çalışdığını öyrəndik. O, dünya ulduzunun pərəstişkarıdır. Həm adı, həm də özü Rihannaya bənzəyən Sevannanı görənlər təəccüblənirlər. Əslində sevindirici haldır ki, hər zaman gözəl xanımları ilə seçilən Azərbaycanda dünya ulduzunun da bənzəri var. O, heç bir plastik əməliyyat etdirməyib".

Qeyd edək ki, Sevanna ATV telekanalında yayımlanan "Özünə bax" zövq yarışmasında münsif kimi də iştirak edir.

Tarix
2013.11.14 / 09:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla