Yuxarı

Qənirə Paşayevanın qohumu rüşvət yığır – İddia

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az"ın elektron ünvanına Sumqayıt sakinləri adından şikayət məktubu gəlib. Şikayətin əsas hədəfi Sumqayıt şəhər 12 saylı Tibbi Sosial Ekspert Komissiyasıdır. Məktubda komissiyada ciddi qanunsuzluqlara yol verildiyi və vətəndaşlardan rüşvət istənildiyi yazılıb:

"Tibbi Sosial Ekspert Komissiyası kolxoz bazarına çevrilib. Rasim Zeynalov isə bazarın sədridir. Komissiyaya müraciət edənlərin bəziləri 1 il bundan qabaq sənədini verib, müayinədən keçib. Artıq dünyasını da dəyişib. Ancaq hələ ona təqaüd təyin edilib-edilmədiyi məlum deyil. Yataq xəstələri ən azı 500 AZN verməsə, pensiya təyin edilmir. Bu məbləğ Rasim Zeynalovun vətəndaşlara "oxuduğu" ən aşağı məbləğdir. O da ancaq tanışlara və yataq xəstələrinə. Kimin ki tanışı yoxdur, ona qanun "xırdalamağa" başlayır. Rasim Zeynalov üçün qiymət 2000 AZN-dir, əgər o məbləğ yoxdursa, lap elə açıq-aşkar deyir ki, mən Qənirə Paşayevanın qohumuyam, get kimə istəyirsən şikayət elə, lap elə Səlim Müslümova de. Mən də yığıb elə onlara verirəm. Əgər verməsəm, burda bir gün də oturmağa qoymazlar. Sumqayıtın demək olar ki, yarıdan çoxu Rasim Zeynalovun sayəsində əlil olub, hətta kredit götürüb əlillik alanlar da var".

Cavabdeh cavabdan imtina etdi

Məsələylə bağlı Sumqayıt şəhər 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Rasim Zeynalovla əlaqə yaratdıq. O, edilən şikayətə cavab verməkdən imtina etdi, bizə "öz işimizlə məşğul olmağı" məsləhət görüb telefonu söndürdü.

Rasim adlı qohumum yoxdur

Rasim Zeynalovun Qənirə Paşayeva ilə qohumluq əlaqələrini aydınlaşdırmaq üçünsə millət vəkili ilə əlaqə saxladıq. Telefona cavab verən Firuzə Tağıyeva Qənirə Paşayevanın Kiprdə olduğunu bildirdi və sualımıza aydınlıq gətirdi: "Mən Qənirə xanımın həm köməkçisi, həm də qohumuyam. Sumqayıt Tibbi Sosial Ekspert Komissiyasında isə Rasim adlı qohumumuz yoxdur".

Nazirliyin yeni qaydası

Xatırladaq ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi yenicə təyinat alıb. Hər halda, onun adının bu rüşvət qalmaqalında hallandırlıması, ən azı, çox tezdir. Bütün bunlara baxmayaraq, şikayət olunan qurum nazirliyin tabeçiliyindədir və buna görə nazirlikdən münasibət öyrənməyə çalışdıq.

Nazirliyin mətbuat xidmətinin telefonuna cavab verən və adını deməyən xanım bildirdi ki, suallarımızı yazılı təqdim edək: "Biz bir həftə müddətində suallarınıza baxıb, cavablandıra bilərik".

Məlimat üçün qeyd edək ki, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin mətbuat xidmətində bu, yeni "qaydadır". Səlim Müslümov nazir gələnə qədər bu nazirlikdən ən pis halda bir neçə dəqiqəyə münasibət öyrənmək mümkün idi...

Tarix
2013.11.16 / 17:02
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla