Yuxarı

Dağıstan boksçuları yanan sərnişinləri xilas etdi - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstan Respublikasından gələn boksçular Xabarovskda alışıb-yanan tramvayda qalmış onlarla sakinin həyatını xilas ediblər.

Bu ərəfədə boksçular bu uzaq şərq şəhərinə Rusiya Çempionatında iştirak etmək üçün gəliblər.

"Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, tramvayın sürücüsü kabinə od tutan kimi qapıları açmadan öz canını götürüb qaçıb. Salonda qadınlar və uşaqlar köməksiz qalıblar.

Yanan tramvaydan sərnişinlərin xilas edilməsi haqda yerli 6TV kanalında boks üzrə idman ustası Hacımurad Həsənov xəbər verib. O özü də xilasetmədə iştirakçı olub. Hacımurad hadisəni belə danışıb:

"Hay-küy düşdüyünü görüb heç nə düşünmədən oraya doğru qaçdıq. Yumruqlarımız, ovcumuzla şüşələri döyəclədik, alınmadı, daş götürdük".

Dağıstan boksçularının Xabarovsk vətəndaşlarını xilas etməsi ilə bağlı keçirilən mətbuat konfransında meriya rəhbərliyi göstərdikləri qəhrəmanlığa görə idmançılara təşəkkür edib və onlara fərmanlar verib.

Tarix
2013.11.17 / 15:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla