Yuxarı

Şəkidə ağır yol qəzası: ölüm var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki ərazisində ağır yol qəzası nəticəsində bir ailənin üç üzvü xəsarət alıb, biri isə dünyasını dəyişib.

"Kanal S" məlumat verir ki, hadisə Şəki-Qax yolunun Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hadisə zamanı Şəkinin Aşağı Göynük kənd sakini Zamanov Süleyman Zəkəriyyə oğlu idarə etdiyi "44-BB-104" dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirb və avtomobili aşırıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan həyat yoldaşı - 1982-ci il təvəllüdlü Salamova Ülviyyə Süleyman qızı, azyaşlı uşaqları - 2007-ci il təvəllüdlü Zamanov Zəkəriyyə Süleyman oğlu və 2006-cı il təvəllüdlü Zamanova Şahzadə Süleyman qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, Salamova Ülviyyənin həyatını xilas etmək mümkün olmayıb.
Polisdən verilən məlumata görə, hadisə zamanı Balakən rayon sakini Osmanov Elşən Əliyar oğlu idarə etdiyi "90-XA-955" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə Zamanov Süleymanın idarə etdiyi avtomobili ötmək istəyib. Lakin ötmə əməliyyatını yerinə yetirə bilmədiyindən "VAZ-2106"-nı qrunt yola çıxmağa məcbur edib. Bu zaman "VAZ-2106"-nın sürücüsü idarəetməni itirərək avtomobili aşırıb.

Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra bəlli olacaq.

Tarix
2013.11.17 / 23:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla