Yuxarı

Dəhşətli “Facebook” virusu: qorunma yolu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə "Feysbuk"da çoxlu viruslar yayılır. İstifadəçilərin "Feysbuk" hesablarına gələn virus, link olaraq görünür və üstünə basıldığı təqdirdə dost siyahısındakı hər kəsi işarələyir (təq edir).

Qısa müddətdə on minlərlə adamın kompüterinə düşən virus sürətlə yayılmaqda davam edir.

Linkin üzərinə basdığın an yönəldici vasitəsilə istifadəçini "dropboxusercontent" adında bir sayta istiqamətləndirən virus həmin hesabda avtomatik olaraq paylaşım edir.

İstifadəçilərin üzərinə basmasıyla bu virus sahibinə pul qazandırır.

Bu viruslardan necə xilas olmalı?

"Feysbuk" virusuna məruz qalan istifadəçilərə:

  • Antivirüs və "antispy" proqramları istifadə etmələri,
  • İnternet skaynerlərinin ayarları və əlavələrini yoxlamalı ("Google Chrome" üçün ayarlar>uzantılar, "Mozilla Firefox" üçün Əlavələr),
  • "Facebook" uygulamalar bölümünü kontrol etmələri (Ayarlar>Gizlilik>Uygulamalar) və
  • "Microsoft Windows" əməliyyat sistemini istifadə edənlər üçün "başlat (start)>işlət, ya da "start"dakı (başlat) axtarış yerinə "regedit" yazıb açılan qeyd dəftəri hissəsindəki "Hkey_local_machine_software>Policies>Google>Chrome hissəsindəki "asdadsfclbonhleenk" kimi qarışıq adı olan faylı silmələri tövsiyə edilir.

Virusdan qorunmaqçün nələrə diqqət etməli

"Feysbuk" istifadəçiləri linkə basaraq fərqində olmadan kimlərəsə pul qazandırmaması üçün aşağıdakı maddələrə diqqət etməlidir:

  • Məşhur veb saytlarının adlarını təqlid edən (bir neçə hərfi fərqli) saytların linkinin üzərinə basmayın (məsələn, dropbox.com - dropboxcontentuser kimi)
  • "Feysbuk"un verdiyi "Lütfən diqqətli ol" mesajını ciddi qəbul edin.
  • "Feysbuk"un ekranında "Bu hesab sizinmi?" şəklində sualla sizdən şifrənizi istəyən saytlardan uzaq durun.
  • "Feysbuk" şifrəsi verilərək yüklənən "Feysbuk" tətbiqetmələrini silin və şifrənizi dəyişdirin.
Tarix
2013.11.20 / 10:58
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla