Yuxarı

Rusiya Ermənistana 3 min əsgər göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

RF-nin Ermənistandakı 102-ci bazasına 3 min əsgər gəlib.

"Axar.az"ın xəbərinə görə, Ermənistanda yerləşən Rusiya hərbi bazasında payız çağırışçısı olan yeni əsgərlərin yerləşdirilməsi üzrə kütləvi tədbirlər həyata keçirilir. Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatına görə, RF-dən 3 minə yaxın gənc əsgər Ermənistana gəlib.

Yüksək dağlıq ərazilərə uyğunlaşmanın artırılması və mövsüm xəstəliklərinin profilaktikası məqsədilə hərbi həkimlər şəxsi heyəti dərindən müayinə edəcək. Əsgərlərin mövsüm xəstəliklərinə yoluxmasının qarşısını almaq üçün Yerevan və Gümrü qarnizonlarında peyvəndlər vurulur.

Qeyd edək ki, indiyədək 102-ci bazadakı hərbiçilərin ümumi sayı 3-5 min arasında dəyişirdi. Bir neçə ay əvvəl baza rəhbərliyi şəxsi heyətin artırıldığını bildirib və bu məqsədlə hərbiçilərin mənzillərində yaşayan ermənilər hərbi şəhərciklərdən köçürülüb. Beləliklə, şəxsi heyətin sayı artıq əvvəlki rəqəmlərdən çoxdur.

Son aylar RF hərbi-siyasi rəhbərliyi yeni silah növlərinin göndərilməsi də daxil olmaqla, 102-ci bazanın gücləndirilməsi məqsədilə bir sıra başqa addımlar da atıb.

Bu prosesin məntiqi davamı 102-ci bazanın komandiri polkovnik Ruzinskinin Azərbaycan Dağlıq Qarabağ üzərində suverenliyini bərpa etməyə çalışarsa, bazanın Ermənistan tərəfdə iştirak edəcəyi haqqında qalmaqallı bəyanatı oldu ("Virtualaz.org").

Tarix
2013.11.20 / 21:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla