Ana səhifə Gündəm |
Bu gün səhər saatlarında Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tərcümə mərkəzində yanğın olub. Mərkəzin içərisində olan avadanlıqlar 20 kv.m sahədə yanıb.
"Axar.az"ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, tərcümə mərkəzinin qalan hissəsi, bitişik notariat kontoru və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 07:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb, xəsarət alan yoxdur.
Daha bir yanğın hadisəsi Neftçala şəhər sakinin evində olub. Vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli 1 otaqlı ev yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bu yanğın zamanı da ölən və yaralanlar olmayıb.
Tarix
2013.11.21 / 08:43
|
Müəllif
Axar.az
|