Yuxarı

Şəkidə qadın kanalizasiya quyusuna düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə 52 yaşlı qadın 6 m dərinliyində olan kanalizasiya quyusuna düşüb.

"Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, hadisə Şəki şəhəri Dadaş Bünyadzadə küçəsi, ev 49 A ünvanında baş verib.

1961-ci il təvəllüdlü, Səlimova Şərqiyyə Valəddin qızı yaşadığı evin həyətyanı sahəsində kanalizasiya sistemi üçün qazılmış 6 m dərinliyində quyunun yanında gəzərkən qəfildən ayağı sürüşərək quyuya düşüb. Onu kanalizasiya quyusundan çıxarmaq üçün hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alan qadını quyudan çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Tarix
2013.11.21 / 19:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla