Yuxarı

"Dünya Çempionatı 2014"-ün 32 iştirakçısı bəlli oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü il iyunun 12-dən iyulun 13-dək Braziliyada keçiriləcək futbol üzrə XX dünya çempionatının final turnirinin iştirakçıları olan 32 yığma komandanın hamısı müəyyən olunub.

"Axar.az"ın xəbərinə görə, Braziliya yığması çempionatda iştirak etmək hüququnu turnirin ev sahibi kimi qazanıb, qalan 31 komanda isə seçmə matçların yekunlarına əsasən müəyyən olunub.

Avropanı dünya çempionatında 13 komanda – İngiltərə, Belçika, Bosniya və Herseqovina, Almaniya, Yunanıstan, hazırkı dünya çempionu İspaniya, İtaliya, Niderland, Portuqaliya, Rusiya, Fransa, Xorvatiya və İsveçrə yığmaları təmsil edəcək.
Dünya çempionatında Cənubi Amerikanı Braziliya yığmasından başqa Argentina, Kolumbiya, Meksika, Uruqvay, Çili və Ekvador yığmaları təmsil edəcəklər. Afrika beş yığma ilə təmsil olunacaq - Əlcəzair, Qana, Kamerun, Kot-d'İvuar və Nigeriya.
Asiyadan dünya çempionatına cəmi üç komanda vəsiqə qazanıb: İran, Koreya Respublikası və Yaponiya. Asiya regionunun seçmə turnirində oynayan Avstraliya yığması da final mərhələsinə yol tapıb.
Şimali və Mərkəzi Amerika və Karib Dənizi Hövzəsi Ölkələri Futbol Konfederasiyası adından turnirə Honduras, Kosta-Rika və ABŞ komandaları qatılacaqlar. Dünya çempionatının final turnirinin püşkatma mərasimi 2013-cü il dekabrın 6-da Braziliyanın Kosta-du-Sauipe kurort şəhərində (Baiya ştatı) yerli vaxtla 13.00-da (Bakı vaxtilə 19.00-da) keçiriləcək.

Braziliyada dünya çempionatı ölkənin 12 şəhərində - Rio-de-Janeyro, Resifi, Salvadore, San-Paulu, Portu-Aleqri, Manause, Fortaleze, Natale, Belu-Orizonti, Brazilia, Kuyabe, Kuritibe şəhərlərində keçiriləcək. Yarımfinal görüşləri Belu-Orizonti şəhərinin "Mineyran" və San-Paulu şəhərinin "Arena Korintians" stadionlarında, həlledici görüş isə Rio-de-Janeyronun "Marakana" stadionunda keçiriləcək.

Tarix
2013.11.22 / 01:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla