Ana səhifə Gündəm |
"Azərbaycan məktəb sistemində fəaliyyət göstərən 170 minə yaxın müəllimin təxminən 4 faizi 1-5 saat dərs yükünə malikdir"
"Axar.az"ın "APA"ya istinadən xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Şurasının ümumi yığıncağındakı çıxışında deyib. Nazir bildirib ki, bu gün bəzi məktəblərdə müəllim sıxlığı yüksəkdir, bəzilərində isə müəllim çatışmır. Onun sözlərinə görə, kifayət qədər sadə optimallaşdırma tədbirlərini həyata keçirməklə müəyyən məsələlərin həllinə nail olmaq olar.
M.Cabbarov qeyd edib ki, Azərbaycan məktəb sistemində fəaliyyət
göstərən 170 minə yaxın müəllim ordusunun təxminən 4 faizi 1-5 saat
dərs yükünə malikdir: "Bu kimi məsələlər və məhdudiyyətlər bizə
imkan verir ki, optimallaşdırmanı tez bir zamanda həyata keçirə
bilək. Hazırda da ümumi təhsil sistemində müəllimlərin əmək
haqlarının artırılması və optimallaşdırma istiqamətində müəyyən
işlər aparılır".
Nazir qeyd edib ki, təhsilverənlə, təhsilalan arasında ünsiyyətin
təbiətinin də dəyişilməsi lazımdır: "İllərlə, on illərlə vərdiş
olunmuş işə yanaşmaların yenidən baxılması və yeni məzmunun
məqsədindən necə istifadə etmək əsasdır. Təhsil sistemində mövcud
olan müəllim ordusu, ali məktəblərdə, orta ixtisas təhsildə yeni
məzmunun, məqsədlərin nədən ibarət olduğunu çatdıra bilirikmi və bu
gündəlik fəaliyyətdə nə kimi məsələlər tələb edirikmi? Bu kimi
suallara cavab tapılmalıdır".
Tarix
2013.11.22 / 13:56
|
Müəllif
Axar.az
|