Yuxarı

Ukrayna Azərbaycanı meydanda tək qoydu – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına hazırlıq prosesinin dayandırılması haqqında qərar qəbul edib.

Rəsmi Kiyev bundan sonra Rusiya, Gömrük İttifaqının digər üzvləri və MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin canlanması üçün fəal dialoqu bərpa edəcəyini açıqlayıb. Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına hazırlıq prosesinin dayandırlması rəsmi Kiyevin bu ay Vilnüsdə keçirilməsi nəzərdə tutulan "Şərq Tərəfdaşlığı" proqramından imtinası kimi də qiymətləndirilə bilər. Çünki assosiativ üzvlük "Şərq Tərəfdaşlığı" proqramının tərkib hissəsi hesab olunur.

Ukraynanın bu imtinası Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə rəsmi səfərindən sonraya təsadüf etdi. Hələ ölkə prezidenti Ukraynada rəsmi səfərdə olarkən bir çox siyasi analitiklər bu səfəri Rusiyanın təzyiqindən qorunmaq və ən əsası, Qərbə inteqrasiya baxımından iki ölkənin birlik nümayişi kimi qiymətləndirirdilər.

Ukrayna bizə təminat verəcək gücdə deyil

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu "Axar.az"a açıqlamasında Ukraynanın imtinasının Azərbaycan üçün ciddi problemə yol açmayacağını bildirdi:

"Azərbaycanın bu məsələdə Ukrayna ilə nə qədər əməkdaşlıq elədiyini demək çətindir. Yəni prezidentin bu səfərində Avrointeqrasiya məsələsində iki ölkə arasında vahid mövqe nümayişi olmadı. Əlbəttə ki, bu, Ukrayna hakimiyyəti tərəfindən acı bir etinasızlıq göstəricisidir və Yanukoviçin birinci addımı deyil. Əvvəl onu hakimiyyətə gətirən Rusiyaya etinasızlıq etdi, Avropaya tərəf üz tutdu, daha sonra da Avropadan üz döndərib Rusiyaya qayıtdı.

Məncə, buna adi yanaşmaq lazımdır. Çünki hər bir ölkənin öz mövqeyi var. Ukraynanın imtinası bizim üçün problem olmamaldır. Çünki Ukrayna o gücə sahib olan ölkə deyil ki, bizə hər hansı bir formada yardım etsin. Biz bu məsələdə Avropadan təminat almalıyıq.

Vəziyyəti qiymətləndirmək üçün hələ tezdir

Politoloq Vəfa Quluzadə isə bu məsələyə münasibət bildirməyin hələ tez olduğunu dedi: "Hadisələrin hansı axarla davam edəcəyini izləmək və yalnız bundan sonra proqnoz vermək olar. Hələli bu məsələdə konkret fikir bildirmək tezdir".

Tarix
2013.11.22 / 14:21
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla