Ana səhifə Planet |
Bu gün Tacikistan prezidenti İmaməli Rəhman 201-ci Rus Hərbi Bazasının (RHB) Tacikistanda yerləşməsinin status və şərtləri haqda Rus-Tacik Razılaşmasını ratifikasiya olunmaq üçün Parlamentə göndərib.
Rus hərbi bazasının 2042-ci ilə kimi Tacikistanda yerləşməsi haqda həmin razılaşma ötən ilin oktyabrında iki ölkə rəhbəri tərəfindən imzalanıb.
201-ci Hərbi Baza Rusiyanın ölkə hüdudundan kənarda yerləşən ən böyük Quru Qoşunları hərbi obyektlərindən biridir. "İnterfaks" bildirir ki, 2004-cü ildə yaradılmış bu hərbi bazanın Düşənbə, Qulyab və Kurqan-Tübe şəhərləri yaxınlığında yerləşən üç qarnizonunda hazırda 6 mindən artıq hərbi personalı var. 201-ci hərbi bazanın Tacikistanda fəliyyəti 2014-cü ildə başa çatırdı. Rus Hərbi Bazasının Tacikistanda yerləşməsi haqda yeni razılaşmanın hazırlanmasına isə 2011-ci ildən başlanılıb.
Tarix
2013.09.18 / 12:00
|
Müəllif
Axar.az
|