Yuxarı

Elmira Süleymanova Fəxri fərmanla təltif edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsman E. Süleymanova bu günlərdə yaradılmasının 20 illiyi qeyd olunan "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.

"Axar.az" Ombudsman Aparatının mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin qurumun İdarə Heyətinin üzvü olan Müvəkkil bu mükafata Azərbaycan və qazax xalqları arasında sülh və dostluğun möhkəmləndirilməsində böyük töhfələrinə, milli-mənəvi dəyərlərin təbliğində fəal iştirakına, insan hüquqlarının müdafiəsi və təmin olunması sahəsində xidmətlərinə görə və "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin yaradılmasının iyirmi illiyi münasibətilə layiq görülüb.

"Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin prezidenti, professor Eldar Günaydın bu mükafatı İnsan Hüquqları üzrə Müvəkkilə təqdim edib.

Qeyd olunmalıdır ki, ölkəmizdə hələ iyirmi il əvvəl yaradılmış və səmərəli fəaliyyət göstərən "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyəti hər iki müstəqil respublikanın ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edir.

Bu qurum müstəqillik illərində iqtisadiyyat, elm və mədəniyyət, həmçinin insan hüquqları sahəsində böyük nailiyyətlərə imza atmış iki qardaş dövlət arasında qarşılıqlı əlaqələrin, dostluq və tərəfdaşlığın daha da möhkəmləndirilməsinə kömək edir, öz töhfələrini verir.

Tarix
2013.11.22 / 15:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla