Yuxarı

“Oskar”ın rəqibi “Emmi” sahiblərinə verildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə dünyada "Oskar" film mükafatına rəqib kimi göstərilən "Emmi" mükafatı 65-ci dəfə öz sahiblərinə verilib.

"Tiyms"ın xəbərinə görə, 65-ci "Emmi" mükafatının "ən yaxşı dram serialı" üzrə mükafatı "Breaking Bad" filminə verilib. "Ən yaxşı komediya serialı" mükafatını isə dördüncü dəfə "Müasir ailə" serialı alıb.

Televiziya dünyasının "Oskar"ı olaraq tanınan "Emmi" mükafatı Amerikanın Los-Anceles şəhərində Nokia teatrında təşkil edilən möhtəşəm mərasimdə öz sahiblərinə çatıb.

"Ən yaxşı dram serialı" mükafatına layiq görülən "Breaking Bad" serialının yaradıcısı Vins Qiliqan, "Mükafat qazanacağımı heç gözləmirdim", - deyib.

"Dram sahəsində ən yaxşı kişi aktyor" adına "The Newsroom" serialında idealist xəbər aparıcısı rolunu canlandıran Ceff Deniels layiq görülüb. "Dram sahəsində ən yaxşı aktrisa" mükafatı isə "Homeland" serialındakı problemli FTB agenti rolunu oynayan Kler Denisə verilib.

"Emmi"nin mükafatlandırma mərasiminə məşhur aktyor Neil Patrik Harris aparıcılıq edib. "Komediya sahəsində ən yaxşı aktrisa" adına "Vepp" serialındakı roluna görə Culia Luis-Dreyfus layiq görülüb. "The Big Bang Theory" serialında Şeldon obrazını canlandıran Cim Pərsons mərasimi artıq ikinci dəfədir ki "ən yaxşı kişi komediya aktyoru" mükafatı ilə tərk edib.

"Behind the Candalebra" serialında oynadığı Liberis xarakteri məşhur aktyor Maykl Duqlasa "Mini serial sahəsində ən yaxşı aktyor" mükafatını qazandırarkən, "Mini serial sahəsində ən yaxşı aktrisa" mükafatı "The Big C: Hereafter" serialındakı roluyla Laura Lineyə verilib.

Mükafatlandırma gecəsində iyun ayında vəfat edən "Glee" serialının aktyoru Kori Monteis və "Sopranos" serialının baş rol aktyoru Ceyms Qandolfini də yad edilib.

Foto link: http://www.emmys.com/photo/103118?galleryid=102773

Tarix
2013.09.23 / 12:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla