Yuxarı

Anasının sevgilisini öldürən oğlana 9 il cəza

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən 16 yaşlı Aydın Orucovun məhkəmə prosesini başa çatıb. Məhkəmənin hökmü ilə anasının xanəndə sevgilisini öldürməkdə təqsirləndirilən yeniyetmə 9 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın xəbərinə görə, ağır cinayət hadisəsi 2013-cü il iyulun 12-də Nəsimi rayonu, Salamzadə küçəsi, 34 ünvanda baş verib. Həmin ünvanda sənətçi Samir Mustafayev öldürülüb. Qətli törədən yeniyetmə Samiri oğru zənn edərək qətlə yetirib. Mərhumun mobil telefonundakı "SMS" oxunandan sonra məlum olub ki, Samir gecə evə oğru kimi yox, yaxın münasibətdə olduğu qadının yanına gəlibmiş. Hadisə baş verən gecə ikinci mərtəbədə olan Aydın Orucov birinci mərtəbədən səs eşidərək, aşağı düşüb. Birinci mərtəbədə anası yatan otağa çatanda Samirlə üz-üzə gəlib.Onu oğru zənn edərək, bıçaqla iki dəfə vurub. Xanəndə evdən qaçsa da, Aydın onu təqib edib. Samiri "Papanin" körpüsünün altında tutub və bıçaqla daha bir zərbə vuruib və hadisə yerindən uzaqlaşıb. Orta məktəbin 11-ci sinif şagirdi olan Aydın ifadəsində Samiri evlərinə məhz oğurluğa girməsinə görə vurduğunu deyib. Məlum olub ki, Samirin telefonunda son "SMS" Aydının anası tərəfindən yazılmış "Qapı açıq olacaq, girərsən içəri" olub. Bu "SMS"-dən sonra Samirin Aydıngilin evinə hansı məqsədlə getməsi aydınlaşıb.

Tarix
2013.11.23 / 11:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla