Yuxarı

Rusiyalı politoloq Qarabağın müstəqilliyindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əsas məsələni başa düşün: Sovet İttifaqı dağıldı və hamı səpələndi. Vahid Azərbaycan məhz bu zaman yarandı. Ancaq daha vahid Azərbaycan dünyada heç kəsə lazımlı deyil. Bir şeyə daha diqqətli olun ki, bu dünyada nələr baş verir".

ANS PRESS-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sensasiyalı açıqlamanı Rusiya Strateji İnkişafın Modernləşdirilməsi Mərkəzinin vitse-prezidenti, politoloq Qriqori Trofimçuk deyib.

Onun sözlərinə görə, Qərb yalnız xüsusi hadisələrdə ölkələrin birləşməsinə razılıq verir: "Əsasən də bu iş onun ən yaxın tarixi dostlarına aid olanda bunu edir. Almaniyanı birləşdirdilər, amma Çexoslovakiyanı keçmiş SSRİ kimi, iki dövlətə - Çexiyaya və Slovakiyaya parçaladılar. Bu gün Azərbaycan da postsovet ölkələri arasında gücə çevrildiyi üçün, ABŞ-ın milli təhlükəsizliyinə qarşı birbaşa təhlükə mənbəyi olub. Azərbaycanın gücləndirilməsi həm də Qərbə sərfəli deyil. Avropaya daha çox suveren, zəngin Qarabağ dvləti əlverişlidir".

Rusiyalı ekspert qeyd edib ki, Cənubi Qafqaz regionunda yaranmaqda olan bir neçə xırda dövlət var. O, həm də vurğulayıb ki, bu və ya digər formatda Amerika hərbi qüvvələrinin Cənubi Qafqazda yerləşdirilməsi vaxt məsələsidir.

Onun sözlərinə görə, ABŞ hərbi bazaları bütün postsovet ölkələrində praktiki olaraq çıxacaq: "Bakı üçün bu məsələ ondan ibarətdir ki, bu mövcudluq ona nə qədər sərfəlidir, yaxud nə qədər sərfəli deyil. Belə deyək ki, Azərbaycanın yoxluğunda Amerika hərbi bazası Gürcüstanda yerləşib və ya əksinədir. Məsələnin başqa tərəfi ondan ibarətdir ki, belə "yataqlar" olan ərazilər əlverişlidir, ya yox... Çox zaman xeyr, əlverişli deyil".

Politoloqun fikrincə, əslində ABŞ bu informasiyaları ötürməklə, heç kimə hücum emək fikrində deyil: "Amerikanın bu informasiya dalğasının səs-küyü altında kiçik Qafqaz dövlətləri öz güclərini daha da artıracaqlar".

Ekspertin sözlərinə görə, əgər Azərbaycan açıq şəkildə və ya qismən anti-İran koalisiyasına girərsə, onda Tehran bu regionda hərbi əməliyyatların başlanğıcında Azərbaycanın ərazisinə mütləq zərbələr endirəcək: "Azərbaycan, ona nəzakətlə təklif edilmiş Amerika bazalarının yerləşdirilməsinə cəhd etsə də, etməsə də, ən çox zərər cəkən tərəf olacaq.

Tarix
2013.11.24 / 16:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla