Yuxarı

Rahim Hacıyev Prezidentlə görüşdə niyə yox idi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən bu görüşə dəvət olunmamışam, dəvət olunmadığım yerdə necə iştirak edə bilərdim?"

Bu sözləri "Azadlıq" qəzetinin baş redaktor əvəzi Rahim Hacıyev bu gün İlham Əliyevin layiq görüldüyü "Jurnalistlərin dostu" mükafatının Zuğulba iqamətgahında keçirilən təqdimat mərasimində iştirak etməməsinin səbəbi barədə danışarkən dedi.

"Axar.az"a açıqlamasında Rahim Hacıyev bu barədə geniş danışmağa heç bir ehtiyac olmadığını bildirdi: "Bu mövzu ətrafında əlavə şərh vermək istəmirəm. Yalnız onu deyə bilərəm ki, biz bu görüşə dəvət olunmamışıq".

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə mətbuata açıqlamasında burada heç bir ayrıseçkilik olmadığını deyib:

"Bu tədbirə istisnasız olaraq hər bir KİV üzrə baş redaktorlar dəvət olunmuşdu. Əvəzləyici, təmsilçi şəxslər görüşə dəvət olunmamışdı. Bu səbəbdən həm "Azadlıq" qəzeti, həm "Ayna"-"Zerkalo", həm də AzərTac dövlət agentliyi mərasimdə yox idi. Heç kimə heç bir ayrıseçkilik və qərəz olmayıb. Sadəcə, olaraq format belə idi ki, tədbirdə Kütləvi İnformasiya Vasitələrinin ancaq birinci şəxslərinin iştirakı nəzərdə tutulurdu. AzərTac Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov, "Ayna"-"Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı və "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid xaricdə olduqları üçün onlar tədbirdə iştirak edə bilmədilər.

Xatırladaq ki, noyabrın 24-də Mətbuat Şurasının təşəbbüsü ilə ölkə prezidenti İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim edilib. Təqdimetmə mərasimində ölkənin ən tirajlı iki müxalifyönlü qəzetindən "Yeni Müsavat"ın baş redaktor Rauf Arifoğlu iştirak etsə də, "Azadlıq" qəzetindən təqdimetmə mərsimində iştirak edən olmayıb.

Tarix
2013.11.24 / 20:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla