Yuxarı

Əflatun Amaşov doğru deyir, yoxsa Rauf Arifoğlu?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi ilə bağlı bu gün Zuğulba iqamətgahında keçirilən tədbirdə ölkənin əsas agentlik və qəzetlərindən olan "AzərTac", "Ayna-Zerkalo" və "Azadlıq" rəhbərliyinin təmsil olunmaması dəvət edən qurumu gündəmə gətirir: Tədbirə dəvəti hansı qurum həyata keçirib?

Mətbuat Şurasının sədri Əflatun Amaşov "Axar.az"a açıqlamasında dəvətin hansı qurum tərəfindən aparılmasına aydınlıq gətirdi:

"Bildiyiniz kimi, Prezidenti İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatını Jurnalistlərin Müdafiə Komitəsi verib. Yəni onların keçirdiyi sorğu əsasında Prezident qalib olub. Dəvəti də Jurnalistlərin Müdafiə Komitəsi ilə biz – yəni Mətbuat Şurası müştərək həyata etmişik".

"Azadlıq" qəzetinin sədr əvəzi Rahim Hacıyevin baş redaktorun birinci müavini kimi yox, faktiki olaraq baş redaktor kimi bu vəzifəni icra etdiyini, baş redaktor Qənimət Zahidin artıq 2 ilə yaxndır faktiki olaraq qəzetdən uzaqlaşdığını xatırlatdıqda isə MŞ-nın sədrinin cavabı belə oldu:

"Prezidentlə görüşə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və Azərbaycanın qocaman jurnalistləri dəvət olunmuşdu. Yerdə qalan 50 yerə isə nüfuzlu xəbər agentliklərinin, qəzet və saytların birinci şəxsləri çağırılmışdı. Biz burda seçim edəndə yalnz birinci şəxsləri nəzərdə tutduq, baş redaktor əvəzi isə bu siyahıya aid deyil".

Qeyd edək ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu "feysbuk" statusunda onu bu görüşə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsnovun telefon zəngi ilə dəvət etdiyini yazıb (Ətraflı BURADA). Belə olduqda isə sual yaranır: tədbirə dəvəti əsl həqiqətdə kim həyata keçirib və "yerdə qalan 50 yerə" seçilən nüfuzlu sayt və qəzet baş redaktorları hansı prinsiplə müəyyənləşib?

Araşdırmanı davam etdiririk…

Tarix
2013.11.24 / 22:18
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla