Yuxarı

İranla “Altılıq”ın razılıq şərtləri açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 25-i səhər saatlarında Cenevrədə İran və "Altılıq" arasında razılıq əldə edilib.

"Axar.az" "Nyu York Tayms"a istinadən xəbərinə görə, müqaviləyə əsasən İran uranın zənginləşməsi üçün yeni sentrifuqalar yerləşdirilməsindən, reaktorun tikililməsindən imtina edir və beynəlxalq müfəttişlərin nüvə obyektlərinə girişinə razılıq verir, yarım il ərzində uranı 5 %-dan çox zənginləşdirmir.

Qərb isə buna iqtisadi sanksiyanı 7 milyard dollara qədər yumşaltmaqla cavab verir. müqaviləyə əsasən, İran ABŞ və AB-yə məhdudiyyətlə karbohidrogenlər sata biləcək. Neft-kimya və avtomobil sənayesi sahəsində sanksiyalar da yumşaldalacaq, İranın sərnişin təyyarələrinin ehtiyat hissələri təchizatına imkan verilcək.

Bu razılaşma artıq tarixi sənəd adlandırılıb.

İranın XİN başçısı M.C.Zərif qeyd edib ki, bu müvəqqəti müqavilə "lazımsız böhrana son qoymaq imkanı" verir.

AB ali nümayəndəsi Ketrin Eşton açıqlamasında bildirib ki, danışıqlar "qarşılıqlı hörmət və əməkdaşlıq" yönündə inkişaf edir.

İsrail isə İranla dünya nəhənglərinin nüvə proqramı üzrə razılığını qınayıb.

İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, bu "tarixi razılaşma" yox, əksinə, "tarixi səhv"dir.

Tarix
2013.11.25 / 09:16
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla