Yuxarı

Müsavatdan cavab: "Eldəniz Quliyev keçmişə nəzər salsın"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milli Şura barəsində narazılıq subyektiv xarakter daşıyır. Bu narazılıqlar, bir çox halda Müsavat partiyası tərəfindən yaradılır". Bu sözləri APA-ya açıqlamasında Milli Şuranın üzvü, "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib.

Məsələ ilə bağlı Müsavat partiyasının divan üzvü Tural Abbaslı "Axar.az"a danışaraq Eldəniz Quliyevin sözlərinə Müsavat partiyası adından münasibət bildirdi. O, dedi ki, Eldəniz Quliyevin səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur və o keçmişə baxıb olanları təhlil etsə, hamıdan qabaq Müsavata haqq verəcək:

"Müsavat partiyası heç bir məsələyə sosial sifarişin tələbləri və partiya maraqları çərçivəsində baxmır. Müsavat partiyası hər zaman məsələlərin Azərbaycanın dövlətçiliyi xeyrinə həll olunmasında tərəfdardır. Bu bizi bəzən haqsız qınaqlara məruz qoysa da, biz öz haqlı mövqeyimizdən çəkilməyəcəyik".

Tural Abbaslı Milli Şurada Müsavatla bağlı narazılıq olan detallara aydınlıq gətirib:

"Milli Şurada ehtiyat namizəd məsələsini gündəmə biz gətirdik. Əvvəlcə buna qarşı çıxanlar yetərincə idi. Proseslərin sonrakı inkişafı göstərdi ki, biz ehtiyat etməkdə və əlavə namizədin olmasını istəməkdə haqlı olmuşuq. Onda bütün Milli Şura Müsavatın başda müdafiə etdiyi mövqeyi müdafiə etməyə məcbur oldu. Müsavatla birlikdə təmsil olunanların fikir ayrılığı və etirazının başqa bir səbəbi Milli Şuranın ilkin vaxtlardakı tərkiblə formalaşmağı olub. Yenə də hadisələrin inkişafı onu göstərdi ki, Rəsul Quliyev, Əvəz Temirxan, Lalə Şövkət kimi insanlarla bir qurumda təmsil olunmaq düzgün deyil. Sonradan Şura üzvləri bunun doğru mövqe olduğunu özləri də təsdiqlədi".

Müsavat partiyası ilə Milli Şura arasındakı fikir ayrılığından danışan Tural Abbaslı, bu cür situasiyalarda Müsavat partiyasının haqlı olmasının sonradan göründüyünü dedi:

"Digər narazılıqlar və fikir ayrılıqları isə Milli Şuranın ideoloji xətti ilə bağlı olub. Müsavat həmişə o fikri müdafiə edib ki, Rəsulzadə-Elçibəy yolu qurumun ideoloji xətti olmalıdır. Biz bu gün də o fikirdəyik. Başqa bir fikir ayrılığı avro-inteqrasiya ilə bağlı olub. Müsavat partiyası o fikirdə olub ki, avro-inteqrasiya məsələsi Milli Şuranın prioritet istiqaməti olmalıdır. Yenə də qurum üzvləri sonradan, gec də olsa bu fikrə gəldilər. Əgər bu gün və ya sabah Müsavatla Milli Şurada təmsil olunanlar arasında hansısa fikir ayrılığı olacaqsa, sizi əmin edirəm ki, sonradan onlar da Müsavat partiyasının mövqeyinə gələcək və bizim fikirlərimizi bölüşəcəklər".

Tarix
2013.11.25 / 14:49
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla