Yuxarı

Putin Papa ilə Suriyanı müzakirə edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin 25-26 noyabrda İtaliya səfəri çərçivəsində Papa Fransislə Vatikanda görüşəcək. Rus liderin Papa ilə Suriya böhranını müzakirə edəcəyi bildirilir.

"Axar.az"ın xəbərinə görə, Kremlin xarici siyasət məsləhətçisi Yuri Uşakov Peterburqda sentyabr ayında Roma papasının Putinə mesaj göndərərək Suriya böhranının güc istifadə etmədən həllini istədiyini xatırladaraq, iki ölkə lideri arasında məsələnin yenidən müzakirə ediləcəyini bildirib.

Görüşdə digər mövzuların da müzakirə ediləcəyini deyən Uşakov xüsusilə Orta Şərq və Afrikada xristian əhalinin nüfuzunun qorunması ilə bağlı məsələlər gündəmdə olacaq.

Vatikanla rəsmi əlaqələrin qurulduğu 2009-ci ilin dekabr ayından bu yana dövlət başçıları səviyyəsində üçüncü görüş gerçəkləşəcək. Rusiya prezidenti 2000-ci və 2003-cü ildə Papa II. Con Polla və 2007-ci ildə də Papa XVI Benediktlə görüşüb.

Putin səfər çərçivəsində Papa ilə əvvəl təkbətək görüş keçirəcək, sonra isə Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə Naziri Sergey Şoyqu görüşə qatılacaq.

Daha sonra Putin Vatikan səfəri çərçivəsində Vatikan Baş naziri Pietre Parolin arasında görüş baş tutacaq.

Xatırladaq ki, soyuq müharibə dövründə gərgin olan Rusiya ilə Vatikan əlaqələri son olaraq Sovet lideri Mixayıl Qorbaçovun 1989-cu ildə Papa II. Con Paulu ziyarət etməsindən sonra yumşalmağa başlayıb. Ancaq iki kilsə arasında min ildir davam edən ayrılıq səbəbi ilə Papanın Rusiya ziyarəti bu günə qədər reallaşmayıb. İki kilsənin nümayəndələri də ortaq məxrəcə gələ bilməmək üzündən əlaqələr qurulmayıb.

Tarix
2013.11.25 / 15:50
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla