Yuxarı

Anar Məmmədliyə ölkədən çıxmaq qadağan olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin ölkədən kənara çıxmasına qadağa qoyulub.

Bu barədə Gozetci.az portalına A.Məmmədli məlumat verib:

"Bu gün mənə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsindən bildirdilər ki, noyabrın 27-29-da Vilnüsda keçiriləcək Avropa Birliyi və Şərq Tərəfdaşlıq ölkələri sammitində iştirak edə bilməyəcəm. Çünki ölkənin bütün sərhəd-keçid məntəqələrində mənim hərəkət azadlığımın məhdudlaşdırılması barədə göstəriş verilib.

Xatırladım ki, Vilnüs sammitinə dövlət nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Platformasının üzvü olan 10-dan artıq QHT nümayəndəsi dəvətlidir və mənim iştirakım iki ay öncədən planlaşdırılıb. Bu barədə Baş Prokurorluğu 2 həftə öncə məlumatlandırmışam. Sonuncu dəfə ötən həftə tədbirdə iştirak üçün səfər etmək imkanımı soruşmuşam. Bununla bağlı məndən geniş məlumat istəyiblər və ətraflı məlumat vermişəm. Ancaq bu gün zəng edib bildirdilər ki, ölkə sərhədlərini tərk edə bilmərəm və bu qadağa ən azı istintaqın sonunadək davam edəcək.

İstintaqın başlamasından artıq 1 ay ötür və ötən müddət ərzində SMDT üzvlərinin ifadə azadlığı, birləşmək, toplaşmaq və seçki hüququnu məhdudlaşdıran istintaq prosesi aparılıb. İndi isə bizim hərəkət azadlığımızı məhdudlaşdırdılar. Buna da dözəcəyik və bu prosesin sonunu səbrlə gözləyəcəyik!"

Tarix
2013.11.25 / 17:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla