Yuxarı

Xələf Xələfov pakistanlıları qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər nazirinin müavini Xələf Xələfov Pakistan İslam Respublikasının "Yüksək səviyyəli vəzifəli şəxslər üçün nəzərdə tutulmuş 99-cu Milli idarəetmə kursu"nun iştirakçılarını qəbul edib.

"Axar.az" məlumat verir ki, bu, yüksək vəzifəli rəsmi şəxslərin regional, qlobal məsələlər barəsində biliklərinin və qərar qəbuletmə qabiliyyətlərinin artırılması üçün nəzərdə tutulub.

Nazir müavini Azərbaycan-Pakistan siyasi əlaqələrinin yüksək inkişaf səviyyəsinə və dərin tarixi və mədəni-dini köklərə malik olduğunu qeyd edib. O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb. Xələf Xələfov beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəklədiyinə və Pakistan parlamentində Xocalı soyqırımının tanınması ilə əlaqədar qəbul edilmiş qətnaməyə görə Pakistan tərəfinə təşəkkürünü çatdırıb.

Tarix
2013.11.25 / 18:02
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla