Yuxarı

Şəmkirdə ağır yol qəzası: yaralananlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 19 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonunun Dəllər Cəyir kəndindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

"Axar.az" "Kəpəz TV"yə istinadən məlumat verir ki, "VAZ 2107" və "VAZ 2109" markalı 2 minik maşınının toqquşması nəticəsində 2 nəfər ciddi bədən xəsarətləri alıb. Təcili olaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılardan birinin komada olduğu bildirilir. Həkimlərin sözlərinə görə, həmin şəxsin həyati təhlükəsi davam edir.

Magistral yolun qəza baş verən hissəsində hərəkət müvəqqəti olaraq dayansa da, əraziyə əlavə polis naryadı cəlb olunduqdan sonra avtomobillərin hərəkəti bərpa edilib.

Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqləri hadisənin baş vermə səbəblərini araşdırırlar.

Tarix
2013.11.25 / 19:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla