Yuxarı

Eldəniz Quliyev: “Adamın başının yekəliyi ağlına dəlalət edir?”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ziyalılar Forumu ilə Müsavat partiyası arasında yaşanan söz duelinə növbəti dəfə kinorejissor, Ziyalılar Forumu və El hərəkatının üzvü Eldəniz Quliyev reaksiya verib.

"Axar.az" xəbər verir ki, Əhrar partiyasının sədri Vaqif Hacıbəylinin bu gün mediadakı açıqlamasına E.Quliyev bu dəqiqələrdə öz "feysbuk" statusunda ironiya ilə belə bir cavab yazıb:

"Əhrar partiyasının (bəli, sən demə belə bir partiya da var!) sədri cənab Vaqif Hacıbəyli öz partiya üzvləriylə, yəni öz yeganə "papka"sıyla konsensusa gələndən sonra, "Musavat" saytında bolşevik bir məqalə dərc etdirib. Sitat: "... siyasi leksikonu ziyalıdan daha çox qaragüruhçu səviyyəsində olan Eldəniz Quliyev kimiləri Milli Şuranın rəhbərlərinə qarşı tənqidi mülahizələr söyləyənlərə qarşı böhtan, təhqir və şantajlara keçir..."

İndi də aşağıdakı ifadələrə diqqət yetirin, bu sözlər də V.Hacıbəyliyə məxsusdu:

"Rüstəm İbrahimbəyov da bir paz olub keçib bizə... A kişi, çıx get də!.."

Əgər cənab Vaqif bəy müəllimin bu səviyyəsi, bu təfəkkürü, bu leksikonu və bu sayaq mülahizələri ziyalılığa uyğundusa, onda mən ən azından İspaniya kralıyam. İndi bütün dostlara və qeyri-dostlara bir sual ünvanlayım: Görəsən, adamın başının yekə olması onun ağıllı olmasına dəlalət edirmi? Edirsə, onda o adamın harada oldu, - ağzına və ağlına nə gəldi deməyə ixtiyarı varmı? Və bu, türkün məsəli, ağız ishalı sayılmırmı?.. Sonuncu cümlələri Vaqif Hacıbəyliyə şamil etmirəm. Çünki qətiyyən onun səviyyəsinə düşmək fikirində deyiləm. Heç, Əhrara "Ar" da demirəm. İyi günlər! ("Yeni Müsavat" iddia elədikləri kimi, həqiqətən obyektivdisə, qoy mənim cavab haqqımı tanısın)".

Tarix
2013.11.26 / 00:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla