Yuxarı

Aydın Xırdalanlı Faiq Ağayevdən üzr istədi – Sənədli-sübutlu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev bu gün öz "feysbuk" profilində Aydın Xırdalanlının ondan rəsmən üzr istədiyini əks etdirən sənəd paylaşıb.

Sənəddə meyxanaçı Aydın Xırdalanlı Faiq Ağayevdən belə üzr istəyir:

"Bu yaxınlarda bir sıra KİV-də yayılan müsahibəmdə Azərbaycan Respublikasının Xalq Artisti haqda danişarkən ünvanına əsassız olaraq "narkoman" ifadəsini işlətdiyimdən təəssüflənir, səsləndirdiyim ittihamların yanlış olduğunu etiraf edirəm. Sevimli Xalq Artistimizin adını bu car nalayiq və alçaldıcı tərzdə hallandırmağımdan, etdiyim bu yolverilməz hərəkətimdən çox peşimanam. Çox təəssüf ki, səhhətimin hal-hazırkı durumu ilə bağlı səmimi hörmət bəslədiyim Faiq Ağayevə şəxsən üzrxahlıq edə bilmirəm. Bu müraciətimlə haqqında işlətdiyim xoşagəlməz ifadələrə görə xalq artistimizidən üzr istəyirəm. Əminəm ki, xeyirxahlıq və böyük ürəyi ilə tanınan Xalq Artistimiz səmimi peşmançılığımı qəbul eləyib məni bağışlayacaq.

Aydın Hacı oğlu Quliyev".

Əlavə edək ki, Aydın Xırdalanlı ""Axar.az"a müsahibəsində Faiq Ağayevin ünvanına "narkoman" ifadəsini işlətmiş və bunun hamı tərəfindən bilinən həqiqət olduğunu demişdi. (Müsahibəni buradan oxuya bilərsiniz)

Tarix
2013.11.26 / 17:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla