Yuxarı

Toyu yasa döndərən "toy karvanları"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin əvvəlindən Bakıda "toy karvanları"ndakı nəqliyyat vasitələrinin iştirakı ilə 41 yol qəzası baş verib. "Toy karvanı terroru" nəticəsində 8 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

Bu barədə Trend ə Daxili İşlər Nazirliyi (DIN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, qeydə alınan hadisələrdən 21-i ölüm və xəsarətlə, 20-si isə maddi zərər dəyməsi ilə nəticələnib.

V.Əsədov bildirib ki, bu istiqamətdə təhlükəsizliyin təmin edilməsi üçün yetərincə təbliğat aparılıb, əlavə tədbirlər görülüb. Bunun nəticəsində onlarla sürücü inzibati məsuliyyətə cəlb edilib: "Belə ki, müşahidə kameraları vasitəsi ilə bəy-gəlin maşınını müşayiət edən zaman avtoxuliqanlıq edənlərin görüntüləri əldə edilib və bunun əsasında 8 nəfər məsuliyyətə cəlb edilib. İşıqforun qırmızı işığında hərəkət edən 16, yolayrıcılarını keçmə qaydalarını pozan 24, üfüqi nişanlanma xəttinin (qoşa xətt) tələbini pozan 59, lüzumsuz olaraq səs siqnallarından istifadə etdiyinə görə 32, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə isə 26 sürücü inzibati məsuliyyətə cəlb edilərək barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb".
Bölmə rəisi qeyd edib ki, bundan əlavə, yol hərəkəti qaydaları pozulduğuna görə 3 halda bəy və gəlin onları daşıyan bəzədilmiş avtomobildən düşərək digər avtomobillə hərəkət etmək məcburiyyətində qalıblar. Onlardan birində sürücü işıqforun qırmızı işığında keçdiyinə görə saxlandıqda məlum olub ki, onun sürücülük vəsiqəsi də yoxdur. İki halda isə bəy-gəlin avtomobili dövlət nömrə nişanı olmadığına görə saxlanılıb.

Tarix
2013.11.27 / 10:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla