Yuxarı

ABŞ bombardmançı təyyarələri Çinə meydan oxudu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Çinin şənbə günü hava müdafiə sahəsi elan etdiyi bölgəsinin üzərində "uçan qala" olaraq bilinən "B-52" bombardman təyyarələrinin reydini keçirib.

Çin hava ərazisinə icazəsiz girən təyyarələrin "təcili müdafiə tədbiri" ilə qarşı-qarşıya qalacağını söyləsə də, lakin ABŞ hərbi təyyarələrinə qarşı hələ də heç bir addım atılmayıb.

Çinin "Şərqi Çin dənizində yeni genişlənən hava müdafiəsi sahəsi" bəyanatı Yaponiya və Çin arasında təhlükəli vəziyyətin artmasına səbəb olub. 40 ildən çoxdur Yaponiya və Çin arasında mübahisəli ərazi olan Senkaku adaları məsələsində Yaponiyanın tərəfində olduğunu göstərmək üçün ABŞ Çinin iddia etdiyi bölgədə qırıcı təyyarələrini uçurub. Məlumatı mətbuata Pentaqonun əməkdaşı verib.

Əməkdaş qeyd edib ki, ABŞ beynəlxalq hava ərazisi hesab etdiyi bölgədə təlim uçuşlarını davam etdirəcək. Bununla ABŞ Çinin bu əraziləri özününkü saydığını qəbul etmədiyini göstərib. ABŞ qeyd edib ki, məsələ Yaponiya və Çin arasında bölgədə hegemonluq anlaşılmazlığından irəli gəlir.

Vaşinqton xəbərdarlıq etmişdi

Çin açıqladığı qərarda bölgəyə girən təyyarələri yoxlama, izləmə və ona qarşı hərbi müdaxilə haqqı olduğunu söyləyib. Ancaq Yaponiya da eyni bölgəyə iddia etdiyi üçün Vaşinqton bu qərara sərt reaksiya verib. ABŞ-ın Müdafiə naziri Çak Hagel açıqlamasında bildirib ki, Çinin bəyanatı bölgədə sülhün pozulması istəyi kimi anlaşılır. Bu təktərəfli hərəkət yanlış anlama riskini artırır və bu qərar ABŞ-ın bölgədəki hərbi əməliyyatlarının aparılma tərzini dəyişdirə bilməz. ABŞ-ın B-52 qırıcılarına heç bir müdaxilə etməyən Pekin indi buna necə cavab verəcəyini düşünür.

Tarix
2013.11.27 / 11:44
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla