Yuxarı

Aeroportda 2,7 milyonu oğurlanan azərbaycanlı danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvadakı dəhşətli soyğunun yeni təfərrüatları bəlli oldu

Xəbər verdiyimiz kimi, bu gün - noyabrın 27-də səhər tezdən Moskvanın "Şeremetyevo" aeroportunda avtomatla silahlanmış maskalıların hücumuna məruz qalaraq 2,7 milyon dolları oğurlanan şəxsin kimliyi açıqlanıb. Məlum olub ki, bu, Zaur Qədimov adlı azərbaycanlıdır.

Dəhşətli soyğun hadisəsini təsadüfən şahidlərdən biri lentə ala bilib və çəkdiyi kadrı "Life News"a təqdim edib. Həmin kadrdan görünür ki, qara maskalı, kamufulyajlı şəxs əlindəki avtomatı yerə yıxılmış Zaur Qədimovun başına dirəyib. Kadrda maskalılardan daha biri gözə dəyir.

Moskva hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, hücum edənlər 10 nəfər olub. Onlar polis vəsiqəsi təqdim edərək və Z.Qədimovu gözləyən cangüdənləri əllərinə qandal keçirdərək mikroavtobusa mindiriblər, avtopark ərazisindən çıxarıblar və geri qayıdaraq milyonlarla dollarla gələn sərnişini gözləməyə başlayıblar.

Bu zaman maskalılardan bir neçəsi əlləri qandallanmış cangüdənlərə nəzarət edib.

Basqına məruz qalan Z.Qədimov da danışıb. "Virtualaz"ın məlumatına görə, o bildirib ki, aeroportun D terminalından çıxan kimi maskalıların hücumuna məruz qalıb. Z.Qədimov bildirib ki, ona hücum edən maskalılar 6 nəfər olub. Maskalılar Z.Qədimovu avtomatla hədələyərək onu tünd-göy rəngli "Sobol" mikroavtobusa mindiriblər və aeroportun ərazisindən çıxarıblar.

Z.Qədimov deyib ki, aeroportun ərazisindən çıxan kimi hücum edənlər onun əlindəki çantanı alıblar, özünü isə avtomobildən yola atıblar.

Tarix
2013.11.28 / 02:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla