Yuxarı

Rövnəq Abdullayev 4 min mühafizəçisini işdən qovur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Şirkətinin (ARDNŞ) Təhlükəsizlik İdarəsi bağlanır. 4 min işçi ixtisara salınır.

Bu məlumatı virtualaz.org saytına adıçəkilən idarədə işləyənlər veriblər. Mühafizə xidmətinin işçiləri deyiblər ki, onlara özlərinə başqa yerlərdə iş tapmaq üçün iki-üç ay vaxt verilib.

Daha çox "ARDNŞ Mühafizə Xidməti" adı ilə tanınan Təhlükəsizlik İdarəsinin işçiləri bildiriblər ki, onlar bu xəbərdarlıqdan narahatdır, çünki işsiz qalacaqlar: "Bizə vaxt veriblər ki, özümüzə iş yerləri tapaq. Heç yerdə iş salıb itirməmişik ki, onu tapaq da. Hara gedəcəyik? Hərəmizin bir çətən külfəti var. 4 min işçinin ailə üzvlərini də üstlərinə gəlsək, belə çıxır ki, ARDNŞ prezidenti Rövnəq Abdullayevin bu qərarı nəticəsində ən azı 20 min insan ac qalacaq".

ARDNŞ Təhlükəsizlik İdarəsinin işçiləri ən yaxşı halda Bakıdakı yaşayış binalarının və obyektlərin tikintilərində iş tapa biləcəklərinə ümid edirlər. Nəzərə alsaq ki özəl şirkətlərin tikinti bumu seyrəlib, onda bu ümidlərin doğrulacağı da sual altına düşür.

ARDNŞ işçilərinin verdiyi digər məlumata görə, Təhlükəsizlik İdarəsi ləğv olunandan sonra hazırda fəaliyyət göstərən 36 komandadan 11-i saxlanılacaq. Həmin komandalar isə "Pro-Sekurity" adlı mühafizə şirkəti ilə müqavilə əsasında yenidən işə götürüləcək.

Yada salaq ki, Təhlükəsuizlik idarəsinin işçiləri həm Dövlət Neft Şirkətinin, həm də müqavilə əsasında özəl neft strukturlarının mühafizəsi ilə məşğul olur. Onlar əsasən şirkətin strateji obyektlərinin mühafizəsinə cavabdehlik daşıyırlar. Aylıq məvacibləri 350 manat civarındadır.

Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə virtualaz.org-a açıqlamasında xəbəri təkzib etdi: "Yaxın vaxtlarda şirkətin hər hansı idarəsində ixtisar gözlənilmir".

ARDNŞ rəsmisindən əslində elə bu cür rəsmi cavabdan başqa heç nə gözləmirdik də. Onu dərc etməklə yanaşı bunu da vurğulamalıyıq: bu ixtisar xəbərini redaksiyamıza ixtisar olunacaqları barədə konkret rəsmi şəxslərdən konkret xəbərdarlıq alan konkret əməkdaşlar veriblər...

Qeyd edək ki, ARDNŞ-in Sosial İnkişaf Departamenti də bu yaxınlarda ləğv olunub və xeyli işçi ixtisara salınıb. Şirkətin tabeliyindəki "Azəriqaz"da da bir neçə qurumun ləğv ediləcəyi və ixtisarların aparılacağı planlaşdırılıb. "Azəriqaz" əməkdaşlarına bununla bağlı şifahi xəbərdarlıq da edilib. Bunu virtualaz.org saytının əməkdaşı ilə söhbətində qurumun əməkdaşları deyiblər.

Qeyd edək ki, bu ixtisarlar əslində neft gəlirlərini gözlənilən azalması ilə bağlıdır.

Tarix
2013.11.28 / 15:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla