Yuxarı

İqbal Ağazadə: Ümid partiyasından olan istefaları həddindən artıq şişirdiblər.

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ümid partiyasından olan istefaları həddindən artıq şişirdiblər. Üzvümüz olmayan insanlar partiya sıralarından istefa vermələri ilə bağlı bəyanat yayırlar. Partiyadan olmayan insan necə istefa verir?"

Bu sözləri "Axar.az"a millət vəkili İqbal Ağazadə Ümid partiyasından olan istefalar haqqında danışarkən dedi. O vurğuladı ki, partiyadan olan istefaları şişirtməkdə maraqlı olan dairələr var:

"Bu, məqsədli şəkildə həyata keçirilir və kimlərsə bu işdə maraqlıdır. Görünür, ona görə də bu məsələni daha çox uzadırlar. Sosial şəbəkələrdə müzakirə edənlər məsələni başqa müstəviyə keçirmək istəyirlər. Bu, bizi qətiyyən narahat etmir".

İqbal Ağazadə Şəkidən olan istefaların da əsassız olduğunu bildirir:

"Bir sıra rayon təşkilatımızdan istefa xəbərləri gəlir. Ancaq bunların heç bir əsası yoxdur. Məsələn, Şəki şəhərindəki istefa əsassızdır. İstefa verdiyi iddia edilən şəxs seçki dairəsində bizim nümayəndəmiz olub. 2 ay əvvəl partiyadan uzaqlaşdırılıb. Partiyanın üzvü olmayan şəxsin belə bir bəyanat verməsi partiyaya qarşı aparılan kampaniyanın tərkib hissəsidir. Faktiki olaraq partiyadan istefa verən iki nəfər var. Onların da hər ikisi müavinlərimdir. Başqa istefalarla bağlı yayılan xəbərlər isə tam əsassızdır".

Tarix
2013.10.16 / 16:54
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla