Yuxarı

İranda güclü zəlzələ: 8 ölü, 60 yaralı - Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Buşəhr vilayətində Borazcan şəhərindən 14 kilometr məsafədə 5,7 bal gücündə zəlzələ baş verib.

IRNA agentliyinin verdiyi məlumata görə, bu barədə İran Seysmoloji Xidməti xəbər yayıb.

Yerli vaxtla saat 17:21-də baş vermiş zəlzələ nəticəsində bəzi evlərə ziyan dəydiyi bildirilir.
"Fars" agentliyinin məlumatına görə, zəlzələnin mərkəzi Buşəhr şəhərinin 65 kilometrliyində yerləşən Borazcan şəhəridir. Zəlzələ Buşəhr əyalətinin bütün bölgələrində hiss olunub. Əhali təşviş içində küçələrə axışıb.

IRINN kanalının məlumatına görə, Buşəhr vilayət başçısının müavini Şapur Rüstəmi deyib ki, Dəştestan və Borazcan şəhərlərində elektrik enerjisi kəsilib, rabitə və digər infrastruktura ziyan dəyib.
Hazırda həmin şəhərlərə və ətraf yaşayış məntəqələrinə xilasedicilər və ekspert qrupu göndərilib.
Ş.Rüstəminin sözlərinə görə, evlərin divarlarında çatlar əmələ gəlib, bəzi evlərin divarları dağılıb. Buşəhrdə böhran mərkəzi yaradılıb.

İranın Qırmızı Aypara Cəmiyyətinin mətbuat katibi Hüseyn Dərəxşan ISNA agentliyinə deyib ki, zəlzələ nəticəsində Borazcan şəhərinin Dəhqayi kəndində 3 nəfər yaralanıb.

İranın Böhran vəziyyətinin idarə edilməsi təşkilatının sədri Həsən Qədəmi isə bildirib: "Bizdə olan son məlumatlara görə, baş vermiş zəlzələ nəticəsində çox sayda insan yaralanıb və həmvətənlərimizin bir neçəsi ölüb".

Onun sözlərinə görə, hadisə nəticəsində 8 nəfər ölüb, 44 nəfər yaralanıb, o cümlədən 10 nəfərin vəziyyəti ağırdır.

ISNA agentliyinin məlumatına görə, bu yeraltı təkanlardan sonra indiyədək müxtəlif bal gücündə daha 5 zəlzələ baş verib. Buşəhr vilayətindəki bütün xəstəxanalarda fövqəladə vəziyyət elan olunub. Xilasetmə işləri davam etdirilir.

IRINN kanalının məlumatına görə, Buşəhr vilayətinin başçısı Firudin Həsənvənd deyib ki, zəlzələ nəticəsində 8 nəfər həlak olub, yaralıların sayı isə 60 nəfərdir: "Onlardan 3 nəfərinin vəziyyəti olduqca ağırdır. İndiyədək 130 nəfər ambulator müayinə olunub".

O bildirib ki, evləri dağılmış və zəlzələdən ziyan görmüş vətəndaşların müvəqqəti yerləşdirilməsi üçün idman komplekslərində şərait yaradılır və əhaliyə çadırlar paylanır. Xilasetmə işləri səhərə kimi davam edəcək

Tarix
2013.11.28 / 23:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla