Yuxarı

“Qurdlar Vadisi Pusu” heç vaxt bitməyəcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 ildir ekranlarda reytinq rekordları qıran "Qurdlar Vadisi" serialının ssenaristi Bahadır Özdənər, "Yeni Şəfəq" qəzetinə verdiyi müsahibədə müxbirin ""Qurdlar Vadisi" tamaşaçısı ilə AKP seçicisi arasında bir paralellik görürsünüzmü?" sualını belə cavablandırıb:

"Ən paralel olduğumuz tərəfdir. AKP də, "Qurdlar Vadisi" də 11 ildir iqtidardadır. Sosioloqlar 90 dəqiqələrini ayırıb bizi izləsə və bunu araşdırsa, görərlər. İraqda şiə, sünni və sələfilər bir-birilərinin məscidlərini bombalayarkən, cümə axşamları "Qurdlar Vadisi"ndə görüşürlər".

100 ilin davası adlandırılan "Ergenekon" davasını da seriala əlavə edən ssenarist bunları da deyib:

"Biz tamaşaçımıza ilk gündən vəd etdik ki, yaşanacaq hər şeyi öncədən seyr edəcəksiniz. Hər hansı bir məlumata istinad etmədən mafiya dövrünün bitəcəyini dedik. Bu yolun sonuna gəlindiyini və bu gedişatın dəyişəcəyini dedik, dəyişdi. Türkiyə daxilində dərin oyunlar oynanılacağını dedik, oynanıldı. Bunun köklərinin olduğunu, Məbədçilər, Evangelistlər olduğunu dedik, bir-bir, iki-iki ortalığa çıxmağa başladılar. Biz zatən "Ergenekon" məhkəməsindən çox əvvəl bunları demişdik".

Bahadır Özdənər serialın nə zaman sona çatacağı sualını da cavablandırıb:

"Həqiqətən bilmirəm. Ancaq insanlara olan sevgimizi allah bizdən almadıqca yorulmaq yoxdur. Son nəfəsimə qədər bundan bezməmək üçün allaha yalvarıram. Çünki bu imperialistlər, kapitalistlər, bu insanlığa düşmən kəsilənlər heç yorulmurlar. Bizə də yorulmaq olmaz".

Tarix
2013.10.17 / 13:27
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla