Ana səhifə Gündəm |
"Onlar məni qeyri-səmimilikdə ittiham edir, amma özləri istefa səbəbimi açıb demirlər".
Bu sözləri Asəf Quliyev AXCP sədrinin müavini Gözəl Bayramlının onu qeyri-səmimilikdə suçlamasına cavab olaraq "Axar.az"a dedi:
"Anlaya bilmirəm ki, qeyri-səmimi deyəndə nə demək istəyirlər. Mən istefamın səbəblərini demişəm və dediyim sözün üstündə də dururam. Onlar isə məni səmimi olmamaqda ittiham edirlər. Əllərində əsas varsa, buyursunlar və istefamın əsl səbəbini açıqlasınlar. Yenə də deyirəm: mən Milli Şuradan kimlərə görə getdiyimi bildirmişəm".
Xatırladaq ki, sabiq AXCP funksioneri Asəf Quliyev mətbuat konfransında verdiyi açıqlamada Milli Şuradan istefa verməsinin səbəblərindən biri kimi Arif Hacılının Milli Şuranın rəhbərliyinə gətirilməsi, Milli Şuraya qarşı olduqları halda Pənah Hüseyn və Rauf Arifoğlunun Cəmil Həsənlinin vəkili təyin edilməsini göstərib.
Tarix
2013.12.02 / 16:50
|
Müəllif
İlqar Vəliyev
|