Yuxarı

Neft Daşlarında faciə: fəhlə öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft Daşlarında faciəli hadisə baş verib.

Pirallahı Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün Neft Daşlarının"Günəşli" yatağında qeydə alınıb. ARDNŞ-in "Neftqaztikinti" Trestində quraşdırıcı işləyən, 1980-ci il təvəllüdlü İqor Xvatov iş görən zaman dənizə düşüb. Nəticədə o boğularaq ölüb.

Mərhumun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ARDNŞ-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, dekabrın 2-də "Neftqaztikinti" Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsinin "Günəşli" yatağındakı 11-ci dərin dəniz özülündə təmir işləri aparan 4-cü dərəcəli quraşdırıcısı, 1980-ci il təvəllüdlü İqor Xvatov naməlum səbəbdən dənizə düşərək ölüb.

Mərhumun meyiti dənizdən çıxarılaraq sahilə yola salınıb.

Özülə göndərilmiş xüsusi komissiya hadisənin təfərrüatlarını araşdırır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Tarix
2013.12.02 / 19:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla