Yuxarı

Benzin məsələsinə ekspert rəyi – “Bu hələ başlanğıcdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadçı Qubad İbadoğlu tezliklə benzinlə yanaşı elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də bahalaşdırılacağını söyləyib.

"Axar.az" məlumat verir ki, ekspert belə bir açıqlama ilə öz "feysbuk" səhifəsində çıxış edib.

O, bununla da Tarif Şurasının Azərbaycan Respublikasının qanunlarına zidd hərəkət etdiyini vurğulayıb. "Tarif Şurası"Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının Qanunu"nun prinsiplərinə və "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə" nin 3.15-ci maddəsinə əməl etmədən qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmadan və ya aparsa da onun nəticələrini ictimaiyyətlə bölüşmədən yeni qiymət artımına əsassız qərar verdi".

Ekspert belə artımlarını davamlı olacağını bildirib. Q.İbadoğlu bununla da əsasən vergi tutulan bazanı genişləndirməklə əhalinin cibinə girməyə üstünlük verildiyini yazıb. "Əsasən də iri vergi ödəyicilərinin ( o cümlədən də "Azərenerji" ASC, "Azərbaycan Dəmir Yolları" QSC, Xəzər Dəniz Gəmiçiliyi İdarəsi, "Azərbaycan Hava Yolları" QSC, "Azərsu" ASC) maliyyə intizamsızlığı hesabına yaranan 2,4 milyard manatlıq borcu büdcəyə yığa bilməyən hökümət aksizləri, ƏDV və sair istehlak vergiləri üzrə vergi tutulan bazanı genişləndirməklə əhalinin cibinə girmək siyasətinə üstünlük verir". Ekspert bu templə gələn il ölkədə inflyasiyasiyanın 2 rəqəmli olacağının qaçınılmaz olduğunu bildirib.

Tarix
2013.12.03 / 09:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla