Yuxarı

“Dəniz Gəmiçiliyi”ndə maxinasiya: “ölü can” əməliyyatı - Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev 100-ə qədər dənizçinin donanmadan uzaqlaşdırılması istiqamətində tapşırıq verib.

"Axar.az"a Səhmdar Cəmiyyətdəki mənbələrdən daxil olan məlumata görə, Xəzər Gəmiçiliyinin 100-dən artıq dənizçisi özəl firmalarla müqavilə əsasında beynəlxalq sularda işləsələr də, adları donanmanın təmir gəmilərində və digər strukturlarda qeydiyyatda imiş.

Bildirilir ki, XDG-nin kadrlar idarəsinin rəis müavini Firudin Ömərov bu məsələdə məsuliyyət daşıyan şəxs kimi diqqət mərkəzindədir. Qaynağın sözlərinə görə, "Kaspar"ın keçmiş sədri Aydın Bəşirovun yaxın qohumu olan F.Ömərovun hazırda fəaliyyəti ciddi təftiş edilir.

Həmçinin, sədrin tapşırığı ilə özəl şirkətlərlə müqavilə əsasında beynəlxalq sularda xidmət edən, adı isə təmir idarələrində "pripiskaya" salınan "ölü canlarla" Gəmiçilik arasında olan əmək müqaviləsinə xitam verilməsi istiqamətində işlər aparılır.

Məsələyə münasibət bildirməsi üçün Xəzər Dəniz Gəmiçiliyi QSC-nin kadrlar idarəsinin rəis müavini Firudin Ömərovla əlaqə saxladıq. F.Ömərov bildirdi ki, məzuniyyətə çıxmış işçilərimizin istirahət müddətində harda işləməsininb bizə aidiyyəti yoxdur. O ki qaldı adı burda gedib, özləri olmayanlara, bu, tamamilə yanlış xəbərdir.

Tarix
2013.12.03 / 10:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla