Yuxarı

Aqil Abbas qiymət artımına haqq qazandırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

90 faiz bahalaşma olacaq

"Büdcə qəbulu zamanı 27-ə faizə qədər qiymət artımından daxil olan vəsait nəzərdə tutulmuşdu. Ona görə də qiymətlərin qalxmaması mümkün deyil. Əkilən hər kənd təsərrüfat məhsulunun qiyməti qalxan enerji və yanacağın qiymətindən 3 dəfə çox qalxacaq. Bu, həm əkəndə həmin qiymət öz təsirini göstərir - məsələn 30 faiz yanacağın qiyməti qalxıbsa, 30 faiz həm əkəndə (çünki ona texnika sərf olunur), həm yığımda, şumda, aratda, həm də daşınmada qalxacaq. Beləliklə, ümumilikdə 90 faizlik bahalaşma olacaq".

Bu sözləri Tarif Şurasının yanacağın qiymətinin qaldırılması ilə bağlı verdiyi qərara münasibət bildirən millət vəkili İqbal Ağazadə dedi:

"Əsas artımlar yanvar ayından olmayacaq. Ölkədə istehsal olunan məhsulların qiyməti 90 faizə qədər qalxacaq, amma burda məsələ ölkə daxilində qiymətlərin qalxması deyil. Əgər daxili bazarda qiymət artımları bu şəkildə davam edərsə, o zaman xarici bazar daxili bazarı sıradan çıxaracaq. Yəni İran, Türkiyə, Pakistan kimi ölkələrin ucuz məhsulları daxili bazarda özünə yer edəcək".

Ağır fəsadlar qaçılmazdır

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qiymət artımının ağır fəsadlarını əhalinin öz üzərində hiss edəcəyini bildirdi:

"Düşünürəm ki, yanacağın qiymətinin qaldırılması digər sahələrdə qiymətlərin artımına səbəb olacaq. Hökumət bu qərarla düzgün addım atmayıb. Bu artım əhalinin üzərinə düşəcək və əhali bunun ağırlığını hiss eləyəcək. Bunun qarşısını almaq üçün düzgün iqtisadi-siyasət yeritmək lazımdır".

Narahat olmağa dəyməz

Millət vəkili Aqil Abbas isə hesab edir ki, qiymət artımının hər hansı bir ciddi fəsadları olmayacaq:

"Qiymət qalxımından insanlar narazıdır, amma bunun hər hansı bir ciddi fəsadları olmayacaq. Dünyanın bütün yerlərində qiymət artımı müşayiət olunur. Hətta Türkiyədə iki gündən bir qiymətlər artır. Bundan başqa, qiymət artdıqca, maaşlar da artır və bu da qiymət artımını önləyir. Yəni vətəndaş bunun fəsadlarını üzərində o qədər də hiss eləmir, narahat olmağa dəyməz".

Tarix
2013.12.03 / 12:56
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla