Yuxarı

Rusiyadakı millətçilərdən daha biri həbs edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 17-si Moskvanın Tver rayon məhkəməsi cinayət işinin ikinci əsas fiquru olan Timur Musikayevi iki ay müddətinə həbs edib. O, bir qrup şəxslə bərabər törədilmiş xuliqanlıqda şübhəli bilinir.
Musikayev dindirilmə zamanı boynuna alıb ki, Biryulevoda iğtişaşlar zamanı polis işçisinə dəmir zibilqabı atıb. Ancaq onun fikrincə, bunu təstiqləyəcək heç bir sübut yoxdur.

"Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, xuliqanlıqla bağlı olan bu cinayət işində iştirakçılar 3 moskvalıdır. Onların hamısı saxlanılıb. Birinci şübhəli daha öncə də üç dəfə məhkum olunan Artyom Novikovdu. O, nəzarət altındadır.

Xatırladaq ki, Biryulevoda iğtişaşlar oktyabrın 10-u Yeqor Şerbakov adlı şəxsin qətlindən sonra yarandı. Azərbaycanlı Orxan Zeynalovun təqsirli bilindiyi həmin qətldən sonra millətçilər tərəfindən qızışdırılan camaat ticarət mərkəzini, tərəvəz bazasını talan etdi, vitrinləri sındırıb avtomobilləri çevirdilər. 380 nəfər saxlanıldı, 20-dən çox adam isə xəsarət aldı.

Tarix
2013.10.18 / 13:34
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla