Ana səhifə Gündəm |
Bu gün baş tutacaq Milli Şuranın növbəti sessiyasında EL hərəkatı Rüstəm İbrahimbəyovun fəxri sədr statusda qalması təklifini irəli sürəcək.
Bu barədə EL hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev "Axar.az"a açıqlamasında bildirdi. Eldəniz Quliyev həmçinin bugünkü toplantıda EL hərəkatının təklifinin qəbul olunmayacağı təqdirdə atacaqları addımları da dəyərləndirdi:
"Qeyd edim ki, Rüstəm müəllimin indiki istefa ərizəsi də sessiyanın mühakiməsinə verilib. Hesab edirəm ki, sessiya bizim təkliflə razılaşsa, Rüstəm müəllim Milli Şurada fəaliyyətini davam etdirməyə etirazını bildirməyəcək. Əgər bu məsələdə hər hansı bir fors-major situasiya olarsa, EL hərəkatı fasilə götürüb Milli Şura və gələcək addımları haqqında ciddi müzakirələrə başlayacaq".
Tarix
2013.12.03 / 16:33
|
Müəllif
İlqar Vəliyev
|