Yuxarı

Saxlanılan gəmimizdəki 4,5 min tonluq qaçaqmal kimindir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Mühəndis Mustafa Əli" gəmisi saxlanılıb.

Bu haqda "Axar.az" saytına Xəzər Dəniz Gəmiçiliyi QSC-dəki etbarlı mənbə bildirib.

"Mühəndis Mustafa Əli" tankeri Türkmənbaşı limanından Mahaçqalaya 4.500 ton Hidrotəmizləyici dizel yanacağı apararkən öz sularımızda saxlanılıb. Gəmi bu ilin sentyabrndan ay yarım Dübəndi terminalına yaxın yerdə lövbərdə dayanıb. Hazırda isə Rauf Vəliyevin göstərişi ilə terminalın körpüsündə dayanan gəmidə araşdırmalar aparılır. Yükün kimə məxsus olduğu hələ məlum deyil. Heç bir qurum yükə sahib çıxmır.

İdarənin İstismar Xidmətinin maye yük daşıma şöbəsinin inispektoru Namiq Quliyev artıq bu işlə məşğul olmadığını və bu haqda bizə heç nə deyə bilməyəcəyini söylədi.

Qeyd edək ki, hazırda yükünün kimə məxsusluğu araşdırılan "Mühəndis Mustafa Əli" gəmisinin kapitanı Asim Fətəliyev, baş mexaniki isə Məmmədəli Muradovdur.

Xatırladaq ki, adı çəkilən gəminin saxlanmasından bir müddət əvvəl Xəzər Dəniz Gəmiçiliyinin "Naftalan" tankeri eyni limandan qaçaqmal olaraq Mahaçqalaya xam neft apararkən Rusiya Federasiyasının sərhədçiləri tərəfindən nəzarətə götürülmüşdü. Məlum olmuşdu ki, rəsmi sənədlərə görə gəminin yüksüz olması deyilsə də, gəmidə 4.300 ton xam neft olub.

Tarix
2013.12.03 / 17:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla