Yuxarı

Gümrüdəki rus bazasının müddəti artırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

102-ci hərbi bazanın genişləndirilməsi və gücləndirilməsi Ermənistanın təhlükəsizliyinin təminatıdır.

"Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ermənistanın prezident administrasiyasının rəhbəri Viqen Sərkisyan çıxış edib.

O, Putini Gümrüdəki hərbi bazaları gəzməyə Serj Sərkisyanın özünün şəxsən dəvət etdiyini qeyd edib. Bununla yanaşı, V.Sərkisyan iki ölkə arasında razılaşmaya əsasən, 102-ci hərbi bazanın ölkədə fəaliyyətinin uzadıldığını da söyləyib. "Bu bazanın əvvəlki kimi təhlükə anında yalnız köhnə SSRİ sərhədləri xaricində istifadəsi ilə əlaqədar məhdudiyyət aradan götürülüb. Qısası, bazanın fəaliyyət sahəsi xeyli genişləndirilib. Bizim üçün həmin bazanın super müasir olması və əsgərlərinin peşəkarlıq səviyyəsinin yüksəkliyi hər şeydən maraqlıdır".

Qeyd edək ki, hələ bir müddət əvvəl 102-ci bazanın komandiri Andrey Ruzinski rus qoşunlarından Dağlıq Qarabağda istifadə olunacağını söyləmişdi.

Tarix
2013.12.03 / 22:24
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla