Yuxarı

Aydın Bəşirov Odessada şəxsi donanma alıb – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər Gəmiçiliyi (Kaspar) idarəsinin sabiq rəisi Aydın Bəşirov Odessada 50-dən çox gəmisi olan şəxsi donanmaya sahibdir.

Bu ilginc məlumatı "Axar.az"a həmin donanmada işlədiyini iddia edən və adının açıqlanmasını məlum səbəbdən istəməyən şəxs verdi. Qaynağın sözlərinə görə, Ukraynada qeydiyyatdan keçən və Aydın Bəşirovun oğlu İlqar Bəşirovun rəhbərlik elədiyi bu şirkət "Sail Traidind" adlanır. Donanmanın tərkibində tankerlər, quru yükdaşıyan və yedək yük gəmiləri var. Qeyd olunur ki, oğul Bəşirovun rəhbərlik etdiyi özəl gəmiçilik idarəsi "Kaspar" gəmilərindən daha çox yükdaşıma ilə məşğul olur.

İddia olunur ki, əslində, Aydın Bəşirovun Xəzər Gəmiçiliyinə məxsus gəmiləri işlək vəziyyətə gətirməməsinin bir səbəbi də özünün "Sail Traidind" şirkətinin daha fəal işləməsi istəyindən irəli gəlib. Xəzər Dəniz Gəmiçiliyinə sifarişləri yerinə yetirmək üçün gəmilərin yetərli olmaması görüntüsünü yaratmaqla, sifarişlərin bir hissəsi özəl şirkətinə transfer edilib.

Məlumata görə, "Sail Traidind"in əmlakı milyardlarla ölçülür.

Tarix
2013.12.04 / 10:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla