Yuxarı

Qurban Məmmədov son sözünü dedi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan vəkil Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə Q. Məmmədovun vəkilləri müdafiə nitqi ilə çıxış ediblər. Onlar təqsirləndirilən şəxsin əsassız yerə həbs olunduğunu bildiriblər və bəraət verilməsini məhkəmədən xahiş ediblər. Daha sonra Q. Məmmədov son söz deyib. O da məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Qeyd edək ki, ötən proses dövlət ittihamçısı çıxış edərək, Q. Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil Q. Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sonradan istintaq orqanı tərəfindən Q. Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub (APA).

Tarix
2013.12.04 / 18:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla