Yuxarı

“Zəng dələduzları” Azərbaycana dadandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Telefonunuza +359 kodu ilə zəng gələrsə, geri yığmayın!

Bolqarıstanda fəaliyyət göstərən cinayətkar şəbəkə öz istiqamətini Azərbaycana çevirib.

Bir müddət öncə Türkiyədə minlərlə insanı aldadaraq, onların konturlarını istismar edən bolqarıstanlı şəbəkə üzvləri yeni hədəf kimi Azərbaycanı seçib.

Şəbəkənin Azərbaycandakı hədəflərindən biri də "Lent.az" saytının baş redaktoru Qabil Abbasoğlu olub. Ancaq hədəf doğru seçilmədiyi üçün dələduzluğun da üstü dərhal açılıb. Belə ki, baş redaktor ona gələn qısa zəngin haradan edildiyini öyrənmək üçün internetdə kiçik bir axtarış edərkən, əslində necə böyük bir şəbəkənin qurbanı ola biləciyini anlayıb. Bundan başqa, bəlli olub ki, yaxın günlərdə Azərbaycanda bəzi şəxslərin də telefonlarına bu cür nömrələrdən zənglər gəlib.

Belə ki, şəbəkənin dələduzluq istiqaməti çox sadədir. Telefonunuza +359 kodu ilə qısa zəng gəlir. Siz isə sizə zəng edən bu xarici ölkə vətəndaşının kim olduğunu bilmək üçün zəng gələn nömrəni yığırsınız. Vəssalam, siz artıq tələyə düşdünüz.

Şəbəkənin məqsədi onlara zəng vuran insanların konturlarını korlamaqdır. Bolqarıstan kodlu nömrəyə geri yığan şəxslər avtomatik dələduzların qurbanı olur.

Türkiyə mətbuatının yazdığına görə, bolqar dələduzları qardaş ölkədə daha mütəşəkkil şəbəkə qurublar. Belə ki, məlumatlarda bildirilir ki, +359 kodlu nömrələrə zəng edən Türkiyə vətəndaşları səlis türkcə danışan bolqarların tələsinə düşərək, onların şirin dilinə aldanıb, onların bir sıra istəklərini yerinə yetirir.

Türkiyə mətbuatı yazır ki, şəbəkə üzvləri aldatdıqları şəxslərdən onların sənədlərinin düzəldilməsinə, bilet alınmasına və s. üçün pul alırlar və Türkiyəyə gələcəklərini vəd edirlər.

Məsələ ilə bağlı Rabitə və İnformasiya Nazirliyindən "Lent.az" -a bildiriblər ki, qanunla bu hala qarşı hər hansı addım atmaq mümkün deyil. Bununla belə, bildirilib ki, bu zəng dələduzluğu xüsusilə təhlükəli hal alarsa, bu məsələ ilə bağlı əhalini xəbərdar etmək mümkündür. Nazirlikdən o da bildirilib ki, əhali özü də bu cür dələduzluq tələlərinə düşməməli və bu kimi hallarda diqqətli olmalıdır.

Tarix
2013.12.04 / 19:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla